Ölkənin baş kulinarından ən ləzzətli Küftə reseptləri

Порций:   Время приготовления:

13319767_1131917426849620_6567431771342665028_nYəqin ki, çoxumuz milli mətbəximizin zəngin Küftə reseptlərindən xəbərsizik. Elə isə tarximizə sahib çıxıb, unudulmuş Küftə reseptlərini  yenidən hazırlayaq.

Ərzaqlar:

1-ci Qayda
  • 0,5 fincan – sarı noxud
  • 3 fincan – su
  • 2 ədəd – bərk bişirilmiş yumurta
  • 500 qr – quzu və yaxud dana əti
  • 1 yumurta
  • 1 orta ölçülü - soğan (sürtgəcdən keçirilmiş)
  • 1 ç.q - limon şirəsi
  • 1 ç.q – duz
  • 0, 5 ç.q – istiot
  • 0,5 ç.q – darçın
  • 0,25 ç.q – qoz
  • 0,5 ç.q – zəfəran
  • 6 ədəd – qara gavalı
  • 0,25 fincan – su
2-ci Qayda
  • 225 qr – düyü
  • 225 qr - təmizlənmiş noxud
  • 450 qr – quzu, buzov, dana əti
  • 2 dənə - sürtgəcdən keçirilmiş soğan
  • ¼ çay qaşığı – sarı kök
  • 0,5 çay qaşığı – duz
  • 3 ədəd – bərk bişirilmiş yumurta və yaxud 6 – 9 ədəd qara gavalı
  • 12 ədəd – təmizlənmış və xırda doğranmış badam
  • 1 ədəd – böyük, yağda açıq qəhvəyi rəng alınana qədər qovrulmuş soğan
 

Hazırlanması:

1-ci Qayda

Noxudu 3 stəkan suda yumşalana qədər bişirin ki, ondan püre alınsın. Bərk bişmiş yumurtaların qabığını soyub kənara qoyun. Əti kasaya qoyun və 1 dənə çiy yumurta, soğan, limon şirəsi və ədviyyat əlavə edin. Noxudu sürtgəcdən keçirin, yaxşıca əzin və ətə əlavə edin. Alınan qarışığı iki porsiyaya bölün. İki dənə böyük ət topu düzəldin və hər ikisinin ortasına 1 dənə bərk bişmiş yumurta və 3 dənə (seçilmiş) qara gavalı qoyun. Əti qazana qoyun, su əlavə edin və təxminən 40 dəqiqə ərzində 350 dərəcə ilə sobada bişirin.

2-ci Qayda

Düyünü yuyun. Noxudu yumuşaq olana qədər bişirin, sonra püre olana qədər əzin. Əti ət maşınından keçirdin. Düyünü, noxudu, əti sürtkəcdən keçirilmiş soğan, ədviyyat və duzu xəmir halı alana qədər qarışdırın. Təmiz əskini isladın və forma kimi istifadə olunan 6 düym diametrli yumuru kasaya sərin. Kasanın yarısını qiymə ilə doldurun. Ortasında bərk bişirilmiş yumurta və yaxud 3 ədəd qara gavalı yerləşdirin. Üstünə bir az qovrulmuş badam və bir çay qaşığı qovrulmuş soğan tökün (səpin). İnqridentləri ətlə örtün və orta ölçülü top forması verin. Qalan inqridentlərdən istifadə edərkən, eyni şəkildə daha iki top düzəldin. 3 litr su qaynadın. Qalan qovrulmuş soğanı əlavə edin və ətləri ehmalla suya salın. Qazanın qapağını örtün, 2 saata yaxın və yaxud bişənə qədər pörtlədin. Əti qabalara qoyun. İstəsəniz süfrəyə əti suyu ilə və yaxud ayrı – ayrı verin. Əgər arzu etsəniz suyu 2 stəkan limon və yaxud nar şirəsi ilə də əvəz etmək olar.

13321650_1131917420182954_7562634384952076062_n

Mənbə: Tahir Əmiraslanovun " Söz mətbəxi" kitabı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий