Öskürək üçün ev şəraitində şüşə konfet

Порций:   Время приготовления:
 Soyuq havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır. Öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini bölüşürük. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.
 konfet3

Tərkibi:

  • 1 stəkan şəkər tozu
  • ½ stəkan su
  • 1 xörək qaşığı limon suyu
  •  1/2 çay qaşığı üyüdülmüş zəncəfil
  • ¼ çay qaşığı üyüdülmüş mixək
  • 1 x/q bal
Üzərinə səpmək üçün
  • şəkər kirşanı

Hazırlanması:

 Balaca qazana şəkər tozu,su,limon suyu,bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün.
konfet1
Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin.
konfet3
Bu nabatları şüşə bankada saxlaya bilərsiniz.
 
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий