Öskürək və soyuqdəymənin düşməni “Südlü məcun”

Порций:   Время приготовления:

Süd  faydaları bitməyən ağartı məhsuludur.  Virus və soyuqdəymənin hakim kəsildiyi bu fəsillərdə özümüzü və balacalarımızı ən qədim təbii dərman sayılan Südlü məcunla  qoruyaq. Bu məcun Çin təbabətində geniş istifadə edilən təbii antibiotik sayılır.

sud

 

Tərkibi:

  • 1 litr yağlı süd

  • 1 baş kiçik ölçülü soğan

  • 1 x/q kərə yağı

  • 1 çimdik soda

  • 1 x/q konyak (uşaqlar, hamilələr və ümumiyyətlə spirtli içki içməyənlər istifadə etməsin)

     

Hazırlanması:

  1. Südü qaynadıb, təmizlənib, 4 hissəyə bölünmüş soğanı içinə atın. 5 dəqiqə bişirin. Ocaqdan götürüb, biraz soydun. Üzərinə soda, yağ və konyakı(zövqə görə) əlavə edin.

Dərmanı orta istilikdəiçmək məsləhətdir. Dadı ürəyinizcə olmasa da, nəticəsindən çoxxx məmnun qalacaqsınız.

sud1

 

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий