“Panço” tortu

Порций: 10 nəfərlik   Время приготовления: 2 saat

13493036_1187658957933104_535995904_nİlk dəfə Moskva şəhərində hazırlanmış bu tortun ləzzəti, "Praqa" və "Quş südü" tortlarından heç də geri qalmır.

Tərkibi:

Biskvit üçün:
  • 5 ədəd iri yumurta
  • 1.5 stəkan şəkər tozu (300 qr)
  • 4 x/q kakao
  • 1 ç/q qabartma tozu
  • 1 ç/q limon şirəsi
  • 1.5 stəkan un
Krem üçün:
  • 800 qr 20-30%-lik xama
  • 1 stəkan şəkər tozu (200qr)
  • 2 ç/q limon şirəsi
  • 1 banka konservləşdirilmiş ananasбанка консервированных ананасов
  • 1 stəkan qoz və ya badam
  • 75 qr tünd şokolad

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün öncə yumurtaların ağı sarısından ayrılır. Yumurtaların ağına 1 çimdik duz əlavə edilib, mikserlə yaxşıca çalınır. Yumurtanın sarısı ilə şəkər tozu mikserlə qarışdırlır. Üzərinə yumurtanın ağı da əlavə edilir. Ələnmiş un, qabartma tozu  və limon suyu da tökülüb, ehtiyatla qarışdırılır. Hazır xəmir biri nisbətən çox olmaq şərtilə iki hissəyə bölünür. Kütləsi böyük xəmirə kakao əlavə edilib, qarışdırılır. Hər iki korj 180 dərəcə isidilmiş sobada ayrıca qablarda 20-25 dəqiqə bişirilir.

Korjlar bişən müddətdə krem hazırlanır. Xama ilə şəkər tozu. şəkər kristalları tamamilə əriyənədək mikserlə çalınır.

Korjlar bişdikdən sonra soyudulur. Kakaolu korj ortadan eninə iki hissəyə bölünür. Korjun bir hissəsi, eləcə də bütövlükdə ağ korj  2-3 sm ölçülü kub şəkilində doğranılır.

Tort hazırlanacaq qaba öncə kakaolu korjun bütöv hissəsi döşənir. Üzərinə xamalı krem sürtülür. Xırda doğranmış qoz və ananas səpilir. Üzərinə hər iki rəngli korj dilimləri də səpilib, kremlənir. Bu prosses korj dilimləri bitənədək davam edilməlidir. Panço tortu yarımkürə formasında olmalıdır, odur ki üzərini kremləyərkən bu şəkildə alınması təmin olunmalıdır. Hazır tort 15 dəqiqə buzluqdan saxlanılır. Sonra üzərinə su hamamında və ya mikrodalğalı sobada əridilmiş şokolad tökülür.

Panço tortunu ən az 4 saat soyuducuda saxladıqdan sonra süfrəyə vermək olar.

NUŞ OLSUN!


13472424_1187658981266435_2117652341_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий