“Pani Valevska” tortu

Порций:   Время приготовления:

Dünyanın ən dadlı şirniyyatları arasında öndə olan Pani Valevska tortu. Bu tort həm də ona görə çox məşhurdur ki, Napoleon Bonopartın sevgilisi polşalı Pani Valevskanın adını daşıyır. Bu xanımın  adına müxtəlif kosmetika və ətriyyat növləri də olub Lakin tort yaddaşlarda daha dərin iz buraxıb.

 pani

Lazım olan ərzaqlar:

Şəkərli korj üçün:
  • 300 qr un
  • 200 qr kərə yağı
  • 4 yumurta sarısı
  • 40 qr şəkər tozu
  • 10 qr vanil
  • 5 qr qabartma tozu
Beze üçün:
  • 4 yumurta ağı
  • 180 qr şəkər kirşanı
  • 400 qr qara qarağat cemi
  • 10 qr nişasta
  • 100 qr qoz
Krem üçün:
  • 400 qr süd
  • 2 yumurta
  • 40 qr şəkər tozu
  • 40 qr nişasta
  • 10 qr vanil
  • 150 qr kərə yağı

Hazırlanması:

Öncə unu və qabartma tozunu qarışdırın. Kub-kub doğranmış kərə yağına unu əlavə edin, əllə qarışdırın. Yumurta sarısına şəkər tozu və vanil əlavə edib tel çırpıcı ilə çırpın. Un və kərə yağı qarışığına yumurta qarışığını əlavə edib xəmir yoğurun. Yağlı kağız sərilmiş soba sinisinə xəmiri yayın və düzləşdirin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Beze üçün otaq temperaturunda olan yumurta ağlarını çırpın, şəkər kirşanını mikseri saxlamadan az-az əlavə edib çırpın. Nişasta əlavə edib yaxşıca qarışdırın. Sobada 10 dəqiqə bişən korjun üzərinə qara qarağat cemi yaxın, üzərindən bezeni yaxıb xırdalanmış qoz səpin.150 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Krem üçün yumurta,şəkər tozu,vanil və nişastanı tel çırpıcıyla çırpın. Çox az qızdırılmış südü yumurta qarışığına az-az əlavə edilərək dayanmadan qarışdırın. Südlü qarışığı balaca qazana töküb ocağın üzərində qarışdırılaraq bişirin. Bişmiş kremi  başqa qaba töküb, soyudun. Otaq temperaturunda yumşalmış kərə yağını mikserlə 5 dəqiqə çırpın. Soyuyan bişmiş kremi kərə yağına qaşıq-qaşıq əlavə edib mikserlə çırpın. Bişib soyuyan korju ortadan iki hissəyə kəsin. 1-ci qatın üzərinə krem yaxıb ikinci qatı qoyun və 3 saat soyuducuda saxlayın. Üzərini zövqə görə bəzəyib, süfrəyə verin.

Nuş olsun!

pani1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий