Parça bozbaş

Порций: 4 nəfərlik   Время приготовления: 4 saat

PARÇA BOZBAŞMilli mətbəximizin sadə və doyumlu xörəklərindən biri də Parça bozbaşdır. Bu dadlı yemək daha çox soyuq qış günlərində yeyilir. Odur ki, Parça bozbaş bişirib, doğmalarınızı gözəl naharla sevindirmək zamanıdır. 

Parça bozbaşın tərkibi:

  • 150 qr yağlı quzu əti
  • 6 ədəd böyük ölçülü kartof
  • 100 qr noxud
  • 1 ədəd böyük pomidor
  • 1 baş soğan

Hazırlanma qaydası:

1 Öncə noxudu su ilə dolu qaba töküb, ən az 5 saat saxlayın. 

2 Əti orta ölçülü hissələrə bölüb, yaxşıca yuduqdan sonra, suda bişirin. İçərisinə təmizlənmiş bütöv soğan və noxudu da əlavə edin. Tez-tez suyun üzərinə yığılan kəfi təmizləyin. Ət bişər-bişməz soğanı çıxarıb atın. Ətin suyunu bir dəfə ələkdən süzüb, daha təmiz və şəffaf olmasına nail ola bilərsiniz. 

3 Yeməyə pomidor və kartofları töküb, duz istiot və sarıkök səpin. Kartoflar da bişəndən sonra Parça bozbaşı süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!


PARÇA BOZBAŞ

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий