Paxlava

Порций: 2 tavalıq   Время приготовления: 5 SAAT

PAXLAVAHörmətli sayt izləyicilərimiz, Paxlava resepti ilə tanış olun.

Paxlavanın tərkibi:

Xəmir üçün
  • 1 kq un
  • 250 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 1 stəkan süd
  • 2 x/q xama
  • 1 çimdik duz
  • 1 ç/q quru maya
İçlik üçün
  • 1 kq qoz və ya badam ləpəsi
  • 1 kq şəkər tozu
  • 1 çimdik hil
Şərbət üçün
  • 1 stəkan su
  • 2 stəkan şəkər tozu
Yağlamaq üçün
  • 450 əridilmiş kərə yağı
Üzərinə
  • Yumurta sarısı
  • paxlavaların sayına görə badam və ya qoz ləpəsi

Hazırlanma qaydası:

1. Südü ilıq qızdırırıq. Mayanı südə töküb, qarışdırırıq. Təxmini 10 dəqiqə saxlayıb, köpüklənməsini gözləyirik. Un və yağı umac edirik. İçərisinə mayalı südü, xamanı, duzu və yumurtaları əlavə edib, xəmir yoğururuq. Üzərini örüub, 2 saat gözlədirik.

2. Qoz və ya badami tavada qovurub, qabığını təmizləyirik.  Qozçəkən maşından keçirib, üzərinə şəkər tozu və hili əlavə edib, qarışdırırıq. İçlik hazırdır.

3. Şəkər tozu və suyu bir qaba əlavə edib, 5 dəqiqə qaynadıb, götürürük. Şərbət də hazırdır.

4. Yağı da əridib, hazır edirik.

5. Paxlavanın üzərini bəzəmək üçün, badamın qabığını təmizləyirik. Eləcə də yumurtanı çırpıb, hazır edirik.

6. Xəmir acıdıqdan sonra, hər iki tava üçün 11 kündə kəsirik. Alt və üst qat üçün açacağımız yuxanı bir az böyük götürürük.

7. Yuxaları, oxlovla az unlayaraq yayırıq, bir-bir tavaya qoyub, üzərini yağlayıb, içlik səpirik. Sonda üzərinə qoyacağımız yuxanı bir az qalın edib, kənarlarını səliqə ilə bərkidirik. Romb şəklində kəsib, üzərinə yumurta çəkirik. Rombların ortasına badam ləpəsi qoyub, öncədən qızdırılmış tavada, 180 dərəcədə üzü biraz qızaranadək bişiririk. Sonra çıxarıb, şərbəri tökürük. Kəsdiyimiz yerlərin üzərindən bıçaqla yenə kəsirik ki, şirə və yağ paxlavanın hər tərəfinə yayılsın. Sonra 150 dərəcədə 5 dəqiqə də bişirib götürürük.

8. Paxlavalar biraz soyuduqdan sonra soba qabından ehtiyyatla götürüb, başqa qaba yığırıq.

NUŞ OLSUN!


PAXLAVA

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий