Pendirli, göyərtili olladilər

Порций: 15 ədəd   Время приготовления: 1 saat

olladiƏziz dostlar,  Pendirli, göyərtili olladi reseptini sizə təqdim edirik. Bu resept olduqca asan, doyumlu və çox dadlıdır. 

Tərkibi:

  • 3 ədəd yumurta
  • yarım çay qaşığı duz
  • 1 ç/q şəkər tozu
  •  1 stəkan yarım su
  •  x/q bitki yağı
  • 1 stəkan un
  • 150 qr rəndələnmiş holland pendiri
  • 1 ovuc xırda doğranmış göyərti ( zövqə görə)

Hazırlanma qaydası:

1 Yumurtaları bir qaba töküb, üzərinə duz və şəkər tozu səpib, yaxşıca çırpırıq. Üzərinə su, un və bitki yağını da əlavə edib qarışdırmağa davam edirik. Yaxşı qarışdırmaq lazımdır ki, un tam həll olsun. Daha sonra pendir və göyərtini də töküb, olladi xəmirini tam hazır vəziyyətə gətiririk.  

2 Teflon tavanı ocağın üzərində tam isitdikdən sonra, xəmirdən çömçə ilə hissə-hissə töküb, hər iki tərəfini qızardırıq.  

NUŞ OLSUN!


xəmirpendirli olladi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий