Pendirli,kartoflu dürüm börek

Порций: 6 ədəd   Время приготовления: 20 dəqiqə

Peynirli-Patatesli-Durum-seklinde-Borek-TarifiCəmi 20 dəqiqə vaxtınızı alacaq dadlı və doyumlu Börək növü ilə tanış olun.

Ərzaqlar:

  • 3 ədəd lavaş
  • 3 ədəd qaynadılıb, qabığı soyulmuş kartof
  • 1 dəstə cəfəri
  • 150 qr holland pendiri
  • yarım stəkan duru yağ
  • 2 x/q kərə yağı
  • 1 armudu stəkan süd
  • duz
Börəkləri batırıb bişirmək üçün:
  • 1 stəkan süd
  • suxarı
 

Hazırlanma qaydası:

Öncə kartofları sürtgəcdən keçiririk. Üzərinə rəndələnmiş pendiri də səpirik.  Cəfərini də xırda doğrayıb, kartofa əlavə edirik. Süd və duzu da töküb, yoğururuq. Hazır kütləni 6 kündəyə bölürük. Kərə yağını əridib, bitki yağını da içinə tökürük. Lavaşları iki hissəyə kəsirik.  Lavaşların içini yağlayırıq. Kündələri əlimizlə uzunsov şəkil alanadək yayırıq. Sonra uzunsov kartof qarışımını lavaşın geniş hissəsinə qoyuruq. Lavaşın geniş hissəsinin kənarlarını qatlayıb, rulet şəkilində bükürük. Hazır börəkləri öncə südə, sonra isə suxarıya batırırıq. Yağlı kağız sərilmiş soba sinisinə düzürük. 180 Dərəcəlik sobada rəngi tündləşənədək bişiririk.

NUŞ OLSUN!


13608284_1198356460196687_897314473_n
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий