Pendirli pide

Порций:   Время приготовления:
pendirli_pide2Saytımızda artıq bir neçə pide reseptimiz var. İndi isə Pendirli pidenin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

  •  500 qr un
  • 200 qr marqarin
  • 1 stəkan süd
  • 3 ədəd yumurta
  • 1 kibrit qutusu böyüklüyündə yaş maya
İçlik üçün:
  • 300 qr ağ pendir
  • 1 dəstə keşniş,
  • 1 dəstə şüyüd 
  • zövqə görə duz
  • yumurta ağı

Hazırlanması:

Maya ilıq süddə və ya suda əridilir. Unu bir qaba ələyib ortası açılır, maya 2 yumurta sarısı, duz, 1 qaşıq ərinmiş yağ qoyaraq yumşaq xəmir yoğrulur. İllıq bir yerdə qabaranadək mayalanmağa qoyulur. Mayalanan xəmirdən iki yumurta böyüklüyündə kündələr qopardılır.Əllə basdırılaraq qayıq şəklində açılır. Keşniş, şüyüd, yumurta ağı və pendir qarışdırılıb oval şəkildə xəmirin ortasına yerləşdirilir. Kənardakı xəmir ortasına doğru uzadılaraq bərkidilir. İki barmaq aralıqlarla siniyə düzülür. Pidələr  sinidə  yenidən mayalanması üçün gözlədilir.Üzərinə fırça ilə yumurta sarısı yaxılır.

pendirli_pide

160 dərəcə isidilmiş sobada bişirilir. Sinidən çıxarmadan yerdə qalan yağ da, üzərinə yaxılır. Bir qazana qoyulub, qapağını bağlanır (yumuşaq qalması üçün)

Nuş olsun!

pendirli_pide1

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий