Pendirli piroq (fəsəli)

Порций:   Время приготовления:

PENDİRLİ FƏSƏLİPendirli piroq reseptini izahlı şəkildə təqdim edirik. Fəsəli sevənlər bu dadı çox sevəcəklər.

Tərkibi:

  • 1 ədəd yumurta
  • 150 qr kərə yağı
  • 100 qr pendir (ancor)
  • 250 ml süd
  • 1 ç/q maya
  • 1 ç/q şəkər tozu
  • 2 çimdik duz
  • 2,5 stəkan un

Hazırlanma qaydası:

Öncə 50 qr südə şəkər tozu,maya və duzu qatıb, ağzını bağlayıb, maya qalxanadək isti yerdə saxlayın. Unu bir qaba ələyib, üzərinə yumurta, 80 qr yağ, südlü maya, 1 çimdik duz töküb,  əlimizlə qarışdırırıq. Sonra ilıq süddən yavaş-yavaş tökərək, yumşaq xəmir yoğururuq. Xəmirin üstünü möhkəmcə basdırıb, 1 saat isti yerdə mayalanmağa qoyuruq. Mayalanan xəmiri kündələyib, nə çox qalın, nə də çox nazik şəkildə yayırıq. Üzərinə yerdə qalan 70 qr əridilmiş kərə yağından yaxıb, sonra pendiri tökürük. Daha sonra xəmirin kənarlarından tutub, ortaya doğru gətirib, mərkəzdə birləşdiririk. Yenidən xəmiri yayıb, arasını yağlayırıq. Xəmirin qıraqlarından tutub, yenə mərkəzə doğru gətirib, birləşdiririk. Kündəni tərsinə çevirib, bişirəcəyimiz yağlanmış siniyə qoyuruq. Kənarlarını əlimizlə səliqəyə salıb, üstündən yavaşca basırıq. Bıçaqla kündənin üzərinə dərin olmayan 8 uzunsov kəsik atırıq. Kündənin üstünü yağlayıb, öncədən isidilmiş sobada, rəngi tündləşənədək bişiririk. Pendirli fəsəli bişdikdən sonra sobadan çıxardıb, üzərinə zövqə görə əridilmiş yağ və şəkər tozu səpmək olar.

NUŞ OLSUN!

Resept üçün Sabina Ağayevayya minnətdarıq.


PENDİRLİ FƏSƏLİ

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий