Pendirli poğaça

Порций: 15 ədəd   Время приготовления: 1 saat

Pogaca2Əsasən səhər yeməyinin vazkeçilməz təamı olan Pendirli poğaçanı Siz də hazırlayın. 

Tərkibi:

  • 3 stəkan yarım un
  • 1 stəkan qatıq
  • 1 stəkan duru yağ
  • 2 ədəd yumurta
  • 1 ovuc keşniş
  • 1 ovuc cəfəri
  • 150 qr ağ pendir
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yağ, qatıq, 1 yumurta, digərinin ağını(sarısını üzərinə çəkmək üçün saxlayırıq) , və duzu bir qaba töküb, üzərinə yavaş-yavaş un əlavə edib, xəmir yoğururuq. Xırda doğranmış göyərti və pendiri də xəmirə töküb, yenidən yoğururuq. Lazım gələrsə yenə un səpirik ki, göyərtilərin suyu çıxarsa, poğaçaların içərisi nəm olmasın. Hazır xəmirdən əlimizlə kiçik dairələr düzəldib, yağlı kağız sərilmiş soba sinisinə düzürük. Üzərinə yumurta sarısı çəkirik.

Pogaca

Pendirli poğaçaları 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişiririk.

Pogaca2

NUŞ OLSUN!

Resept üçün Nərmin xanıma təşəkkür edirik.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий