Pide

Порций: 6 ədəd   Время приготовления: 2 saat

pideDadlı, duzlu Pide reseptimizlə tanış olun. Siz də, hazırlayıb, ailənizi sevindirin.

 

Tərkibi:

Xəmir üçün:
  • 1 kq un
  • 1 ç.q maya
  • 1 ç.q duz
  • 1 x.q zeytun yaği
İçlik üçün:
  • 500 qr. qiymə
  • 1 baş soğan
  • 2 ədəd pomidor
  • 1 ədəd şirin bibər
  • 1 ədəd acı bibər
  • 1 x.q  tomat
  • Duz,istiot
  • Zövqə görə cəfəri və ya keşniş
Üstünə çəkmək üçün:
  • 2 yumurtanın sarısı
Ləzzətinə ləzzət qatmaq üçün
  • limon

Xəmir üçün nəzərdə tutulmuş ərzaqları(yağdan başqa)  bir qaba töküb, ilıq su ilə yoğurun. Xəmir ələ yapışmayan lakin yumşaq alınmalıdır. Sonra əlinizlə zeytun yağını xəmirin hər tərəfinə çəkib, sellofana bükün. Xəmirin üzərinə odeal örtüb, isti yerdə 1 saat gözlədin. Acıdıqdan  sonra, 6 ədəd eyni ölçüdə kündə hazırlayın. Üstünü dəsmalla örtüb,  10-15 dəqiqə də gözləyin.

Ətçəkən maşından və ya sürtgəcdən keçirilmiş pomidor və soğanı, eləcə də tomatı qiyməyə əlavə edin. Bibərləri xırda-xırda doğrayıb, içliyin üzərinə tökün. Duz və istiot da səpib, yaxşıca qarışdırın.

Kündələri oxlovla yayıb, üzərinə içlik sürtün (içliyin rahat yayılması üçün, tərkibinə bir neçə qaşıq su əlavə edə bilərsiniz). Yuxaların kənarlarını büküb, üzərinə yumurta sarısı çəkin.

pide xəmiri

200-220 dərəcə qızdırılmış sobada, üzəri qızaranadək bişirin. Bütün pideləri eyni qaydada bişirdikdən sonra, limon dilimləri və göyərti ilə süfrəyə verin.

12321258_991442677617497_8535536586729366561_n12472305_991442630950835_3001062961129078389_n

Nuş olsun!

Resept üçün Liza xanıma təşəkkürlər.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий