Piraşki

Порций: 15 dənə   Время приготовления:

Pirojok Şərqi Avropa xüsusən də rus mətbəxinin ən məşhur və sevilən bulka növüdür. Müxtəlif içliklərlə doldurulub qızardılan bu un məmulatı bizim süfrələrimizə də yad deyil. Azərbaycan və İran kulinariyasında pirojok “piraşki” kimi tanınır və biz bugün piraşki hazırlayacağıq. Ümumiyyətlə piraşkinin həm xəmirini həm də içliyini hazırlamaq üçün çox sayda resept var. Biz bugün ən sadə və olduqca ləzzətli reseptdən istifadə edəcəyik.

Piraşki içliyi üçün göbələk, kəsmik, qoyun və ya dana ətinin qiyməsi, kartof puresi kimi seçimlər var. Fikrimcə sadalananlar içərisində ən dadlısı kartof puresi doldurulmuş piraşkidir.

15 ədəd orta ölçülü piraşki üçün bizə lazım olacaq:

  • 600qr un
  • 1 x/q quru maya
  • 1 x/q şəkər tozu
  • 1 ç/q duz
  • 4 ədəd orta ölçülü kartof
  • Zeytun yağı (qlzarmaq üçün)
  • 50 qr kərə yağı (püreni hazırlamaq üçün)
Duz, istiot (zövqə görə)

Hazırlanması

Öncə unu ələyib üzərinə duzu, şəkər tozunu, mayanı əlavə edirik. Apardığı qədər ilıq su ilə çox da bərk olmayan xəmir yoğuruq. Xəmirin üzərinə təmiz çay dəsmali çəkirik. Daha sonra qalın odeala büküb acımağı üçün bir neçə saat gözlədirik.

Bu müddət ərzində adi qaydada püre hazırlayırıq. Karofları soyub, doğrayıb suda bişiririk. Bişdikdən sonra üzərinə duz, istiot, kərə yağı,(mən biraz süd də əlavə edirəm) töküb, yaxşıca əzirik. Zövqə görə püreyə yağda qızardılmış soğan və ya xırda doğranmış şüyüd qatmaq olar. Püre hazırdır.

20151129_173626

Bir neçə saat keçdikdən sonra xəmirin üzərindəki odealı götürüb, piraşkiləri hazırlama başlayırıq. Xəmir əlinizə yapışmasın deyə əllərinizi biraz bitki yağı ilə yumuşaldın.

Balaca kündəciklər götürüb əlinizlə və ya oxlovla açın . İçərisinə az miqdar püre qoyub xemirin kenarlarin yaxşıca birləşdirin. pirojki
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий