Pizza

Порций: 6 və ya 3 ədəd   Время приготовления: 4 saat

pizzaİlk pizza 1522-ci ilə Neapolda bişirilmişdi. Üzərindəki ərzaqlar isə İtaliya bayrağının rənglərini xarakterizə edirdi. Artıq dünyanın dörd bir yanında pizza kafelər, restoranlar fəaliyyət göstərir. Hətta hər bir xalq bu asan yeməyi öz kulinariyasına uyğunlaşdırıb, yeni pizza növləri hazırlamağa cəhd göstərir. Hazırlayacağım  pizza xəmirirn reseptindən çox məmnun qalacaqlacaqsınız. Bu xəmir həm nazik, həm də qalın ölçülü pizza üçün idealdır.

Pizzanın tərkibi:

Xəmir üçün
  • 4 stəkan un
  • 1 ədəd yumurta
  • 2 x/q şəkər tozu
  • yarım ç/q duz
  • 5 x/q bitki yağı
  • 1 ç/q maya
  • təxmini 2 stəkan su
Üzəri üçün
  • ketçup
  • 150 qr rəndələnmiş holland pendiri
  • 1 ədəd pomidor
  • 3 ədəd göbələk
  • kolbasa dilimləri

Pizzanın hazırlanma qaydası:

Öncə pizzanın xəmirini hazırlayırıq.

1 Mayanı yarım stəkan ilıq suya töküb, 10 dəqiqə kənarda köpüklənməyini gözləyirik. Bu müddət ərzində, unu bir qaba ələyib, ortasında dəlik açırıq. Duz və şəkər tozunu səpirik. Yumurtanı çırpıb, bitki yağı da tökürük. Mayalı suyu da əlavə edib, xəmir yoğurmağa başlayırıqş Lazım olduqca üzərinə su töküb, yumuşaq xəmir yoğururuq. Üzərinə dəsmal sərib, 2 saat ərzində xəmirin acımağını gözləyirik.

2  Vaxt tamam olanda xəmiri kündələrə bölürük. Əgər qalın pizza hazırlayacaqsınızsa, 3 kündə, nazik bişirəcəksinizsə 6 kündə hazırlaya bilərsiniz.  Pizza üçün istifadə edəcəyiniz kündəni yayıb, digərlərini soyuducuya qoya bilərsiniz. 3 gün ərzində bu kündələri istifadə etmək olar. Dondurucuya qoysanız,  hətta 3 ay istifadə edə bilərsiniz. Sadəcə pizza hazırlamazdan 1 gün əvvə kündəni dondurucudan çıxarıb, soyuducuya qoymaq yetər.

3 Açdığınız Pizza yuxasının üzərinə, ketçup və holland pendiri səpib, pomidor, göbələk və kolbasa dilimləri ilə bəzəmək olar. Ümumiyyətlə pizza hazırlayarkən istədiyiniz ərzaqlardan istifadə etmək olar, Hətta bal və ispanaq belə. Pizzanı 180 dərəcəlik sobada 15 dəqiqə bişirdikdən sonra, süfrəyə verə bilərsiniz. 

NUŞ OLSUN!


yumurtaxəmirxəmir1pizza xəmirikündəpizzapizza1

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий