Pomidor şorbası

Порций: 2 nəfərlik   Время приготовления:

Pomidor Sup Əziz kulinarlar, pomidordan olduqca ləzzətli şorba hazırlamağın ən asan yolunu, Sizə təqdim edirik.

Tərkibi:

  • 2 ədəd orta ölçülü pomidor
  • 1 ç/q tomat
  • 1 x/q un
  • 1 x/q kərə yağı
  • 1 stəkan su
  • duz, istiot
  • holland pendiri.

Hazırlanma qaydası:

Öncə pomidorların qabığı soyulub, duz qatılıb, kərə yağında qovrulur. Suya tomat və un əlavə edilib, yaxşıca qarışdırılır və qovrulmuş pomidorun üzərinə tökülür. Sonra blenderle qarışdırılır. 10 dəqiqə alçaq odda bişdikdən sonra  şorbamız hazırdır. Pomidor şorbasını süfrəyə  verən zaman, üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpilir.

NUŞ OLSUN!


Pomidor Sup

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий