Ponçik

Порций:   Время приготовления: 2 saat

ponçikLəzzətli ponçik resepti ilə tanış olun.

Tərkibi:

  • 250 ml qatıq
  • 1 ədəd yumurta
  • 5 x/q şəkər tozu
  • 1 çimdik duz
  • 3 xq bitki yağı
  • 3 stəkan un
  • qızartmaq üçün bitki yağı
  • şəkər pudrası
  • 1 çimdik soda

Hazırlanma qaydası:

Qatığı yumurta, duz və şəkər tozu ilə yaxşıca qarışdırırıq. Qarışıma soda və bitki yağı əlavə edirik. Üzərinə un ələyib yoğururuq. Xəmir yumuşaq və ələ yapışmayan olmalıdır. Xəmiri iki kündəyə ayırıb, kündələri oxlovla 1 sm qalınlığında yayırıq. Fincanın ağzı ilə dairələr kəsib, içərisində rumkanın köməyi ilə deşik açırıq. Artıq qalan xəmiri bir yerə toplayıb, yenidən istifadə edirik. Əvvəlcədən qızdırılmış tavaya 1 sm hündürlüyündə yağ əlavə edib, ponçikləri ikitərəfli qızardırıq. Üzərinə şəkər pudrası səpib yeyirik.

NUŞ OLSUN!

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий