Portağallı keks

Порций: 12 dilim   Время приготовления: 1 saat

portağallı keksSadə və tez hazırlanan Portağallı keksi çox sevəcəksiniz.

Tərkibi:

Keks üçün:
  • 3 ədəd yumurta
  • 1 st şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 ədəd portağal
  • 1 paket vanil
  • 1 ç.q qabartma tozu
  • 2,5 st un
Qlazur üçün:
  • 200 qr damla şokolad
  • 0,5 st qaymaq
 

Hazırlanma qaydası:

Yumurtalar, şəkər tozu və vanil mikserlə yüksək surətdə çalınır.Kərə yağı əridilib, soyudulur və  yumurtalı kütləyə əlavə olunur. Sonra portağalın suyu və rəndələnmiş qabığı tökülür, qarışım yenidən qarışdırılır.Un və qabartma tozu birləşdirilib, kütlənin üzərinə ələnir. Xəmir yaxşıca qarışdırılır. Keks qəlibinin dibi yağlanır və xəmir tökülür. 180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqə bişirillir. Qlazuru hazirlamaq üçün aşağı odda qaymaq isidilir,və içinə damla şokolad əlavə olunur. Qarışım tam həll olunana kimi kütlə qarışdırılır. Hazır qlazur keksin üzərinə gəzdirilir. Nuş olsun!

Resept üçün Liza xanıma minnətdarıq.
portağallı keks 3portağallı keks2
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий