Portağallı piroq

Порций: 8 nəfəfrli   Время приготовления: 50 dəqiqə

portağallı piroqHazırlanma qaydası çox sadə olan Portağallı piroq bişiririk. Bu piroqun kalori faizi aşağı olduğu üçün rahatlıqla yeyə bilərsiniz.

Piroqun tərkibi:

  • 2 ədəd yumurta
  • yarım stəkan süd
  • yarım stəkan bitki yağı
  • 300 qr un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 8 x/q şəkər tozu
Bəzək üçün
  • 50 qr kokos yonqarı ( istəyə görə)
Piroqun üzərinə tökmək üçün 
  • 2 portağalın suyu
  • 2 qaşıq şəkər tozu

Hazırlanma qaydası:

1 Yumurta və şəkər tozunu mikserlə çırpırıq. Üzərinə süd, yağ, vanil və qabartma tozunu da əlavə  edirik. Sonda ələnmiş unu yavaş-yavaş töküb, qarışdırırıq. Xəmiri soba qabına töküb, əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə 30 dəqiqə bişiririk.

2 Piroq bişən müddətdə, portağalı sıxıb, şirəsini çıxarırıq.  Üzərinə şəkər tozu səpib, qaşıqla qarışdırırıq. Sobadan çıxmış piroqu 10 dəqiqə gözlədib, şirəni üzərinə gəzdirərək, tökürük.

2 Zövqə görə üzərinə kokos yonqarı səpib, dilimlənmiş portağalla bəzəyirik. 

NUŞ OLSUN!

portağallı piroq

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий