Portağallı qurabiyə

Порций: 30 ədəd   Время приготовления: 1,5 saat

portağallı qurabiyəXoş ətirli, ağızda əriyən Portağallı qurabiyə reseptini Sizdən hələ uzun müddət istəyəcəkər.

 

Tərkibi:

  • 1 ədəd yumurta(sarısı içərisinə, ağı üzərinə istifadə olunur )
  • 1 stəkan şəkər kirşanı
  • 0,5 stəkan duru yağ
  • 2 portağalın qabığı (sedra)
  • 1 st portağal şirəsi
  • apardığı qədər un
  • 1 paket qabartma tozu
Üzəri üçün
  • şəkər kirşanı

Hazırlanma qaydası:

Yumurta sarısı, portağal suyu, şəkər kirşanı, yağ və portağal qabığı bir qabda qarışdırılır. Üzərinə un və qabartma tozu ələkdən keçirilir. Yumşaq lakin ələ yapışmayan xəmir yoğrulur. Xəmirdən kiçik ölçülü praçalar qoparıb, yumrulanır. Üzərinə yumurta ağı sürtülüb, şəkər kirşanı səpilir. Yağlı kağız sərilmiş  siniyə düzülüb,170 dərəcə isidilmiş sobada üzəri az qızaranadək bişirilir.

Portağallı qurabiyələr hazırdır.

NUŞ OLSUN!

Resept üçün Liza xanıma təşəkkür edirik.


13083250_1010448862383545_5003212628050477469_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий