“Praqa” salatı

Порций:   Время приготовления:

13487492_1187658934599773_511989384_nLəzzətli "Praqa" salatının ən məşhur növünün hazırlanma qaydasını diqqətinizə çatdırırıq. Əmin olun ki, bu salatın dadına heçnə çata bilməz. Mətbəxə keçib, əzizlərinizi "Praqa" salatı ilə sevindirməyə tələsin.

Tərkibi:

  • 300 qr toyuğun döş əti
  • 3 ədəd yumurta
  • 200 qr konservləşdirilmiş yaşıl noxud
  • 2 ədəd yerkökü
  •  100 qr çəyirdəksiz qara gavalı qurusu
  • 4 ədəd turşu xiyar
  • 200- 250 qr mayonez
  • 1 baş soğan
  • 2 x/q sirkə
  • 100 qr qoz
  • duz, istiot

Hazırlanması:

Öncə toyuğun döş ətini duzlu suda bişirin. Yumurta və yerkökünü də qaynadın. Bişmiş ərzaqları soyudub, qabığını təmizləyin. Toyuq ətini xırda kub şəkilində doğrayın. Yumurtaları və yerkökünü də, sürtgəcin iri gözündən keçirdin. Soğanı xırda-xırda doğrayın. Gözünüzün göynəməməsini istəyirsinizsə, soğan doğradığınız bıçağı tez-tez soyuq suda yuyun. Doğranmış soğanı duz və istiotlayıb, 15 dəqiqə sirkədə saxlayın ki, acı dadı getsin. Bu müddətdə turşu xiyarları doğrayırıq. Qara gavalı qurusunu 5 dəqiqə isti suda saxlayıb, yumşaltdıqdan sonra bıçaqla xırda-xırda doğrayırıq. Salatın üzərini bəzəmək üçün mayonezi rombvari səpirik.

Salatın daha da ləzzətli olmağını istəyirsinizsə, qozu bir neçə dəqiqə isti tavada qovurun.

Ərzaqları bu ardıcıllıqla salat hazırladığımız qaba düzüb, aralarını duz, istiot və mayonezləyirik: toyuğun döş əti, doğranmış soğan, rəndələnmiş yumurta, rəndələnmiş yerkökü, konservləşdirilmış yaşıl noxud, doğranmış qoz və sonda qara gavalı qurusu.

Salatın üzərini bəzəmək üçün mayonezi rombvari gəzdiririk. Sonda isə "Praqa" salatımızı bir neçə saatlıq soyuducuya qoyuruq ki, ərzaqların dadı bir-birinə keçsin.

NUŞ OLSUN!


13487492_1187658934599773_511989384_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий