Praqa tortu

Порций: 12 dilim   Время приготовления: 3 saat

FB_IMG_1461883411894Çoxumuzun ləziz xatirəsinə çevrilmiş "Praqa" tortunu izahlı reseptin köməyi ilə yenidən hazırlayıb, əvəzsiz dadından həzz alın.

Tərkibi:

  •  1,5 stəkan un
  • 2 stəkan şəkər tozu
  • 6 xörək qaşığı 20 %-lik xama
  • 2 çay qaşığı soda
  • 6 xörək qaşığı qatılaşdırılmış süd
  • 7 xörək qaşığı kakao
  • 2 ədəd yumurta
Krem üçün:
  • 200 qr kərə yağı
  • 0,5 l süd
  • 100 qr şəkər tozu
  • 4 xörək qaşığı manna yarması
  • 1 çimdik vanil
  • 3 ml konyak (zövqə görə)
  • 2 ovuc qoz
Qlazur üçün:
  • 100 qr kərə yağı
  • 8 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı süd
  • 2 xörək qaşığı kakao

Hazırlanması:

Bir qabda yumurta və şəkər tozunu çalıb üzərinə xama, 2 çay qaşığı soda(sirkə ilə söndürülmüş), qatılaşdırılmış süd və 4 xörək qaşığı kakao əlavə edib, mikserlə qarışdırın. Sonra  unu səpib, qarışdırmağa davam edin. Hazırladığınız kütləni yağlanmış soba sinisinə töküb 130-140 dərəcə qızdırılmış sobadada 35-40 dəqiqə bişirin.

Krem üçün 4 xörək qaşığı manna yarması, yarım litr süd və yarım stəkan şəkər tozu ilə sıyıq bişirin. Sıyıq qatı olmalıdır. Soyudulmuş sıyığı 10 dəqiqəlik soyuducuya qoyun. 200 qr kərə yağını mikserlə çırpın, üzərinə tədricən sıyığı əlavə edib yenə çalmağa davam edin.Vanil və konyak(istəyə görə) əlavə edib qarışdırın. Krem qatı olmalıdır. Hazırladığınız kremi soyuducuya qoyun. Korju 3 hissəyə ayırıb,hər qatını kremləyib xırdalanmış qoz səpin.Sonuncu korjun üzərini qlazurla örtün.

Qlazur hazırlamaq üçün bir qabda 100 qram kərə yağını əridib 8 xörək qaşığı şəkər tozu,2 xörək qaşığı süd və 2 xörək qaşığı kakao əlavə edib 5 dəqiqə vam odda qarışdıraraq bişirin.Hazırladığınız qlazuru dərhal(tez bərkidiyi üçün) tortun üzərinə töküb yayın. Sonda Praqa tortunu zövqə görə bəzəyin

Bu dadlı şirniyyatı biraz gözlətdikdən sonra, nuş edə bilərsiniz.


FB_IMG_1461883421228FB_IMG_1461883428970

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий