Pryanik

Порций:   Время приготовления:
 13227181_1166794030018329_5003668692285627135_nYumşaq və dadlı pryanikləri evdə özümüz bişirək.

Ərzaqlar:

Xəmiri üçün:
  • 400 qr un
  • 200 qr xama(24% yağlılıq)
  • 125 qr yumşaldılmış kərə yağı
  • 125 qr şəkər tozu
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 2 ədəd yumurta (1i bütöv,digərinin sarısı)
Üzəri üçün:
  • 1 yumurta ağı
  • 125 qr şəkər kirşanı

Hazırlanması:

Bir qabda yumurta və şəkər tozunu mikserlə çalıb, üzərinə vanil və yumşaldılmış kərə yağı əlavə edin. Qarışdıraraq xamanı da tökün. Ayrı bir qabda un və qabartma tozunu qarışdırın.Un qarışığını hissə-hissə kütlənin üzərinə ələyib, mikserlə zəif sürətdə qarışdırıb, yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin.(əllərinizi yağlayaraq kündələyin)Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə qızaranadək bişirin.
Üzəri üçün yumurta ağını şəkər kirşanıyla mikserlə qarışdırın. İsti pryaniklərə fırçayla qlazur çəkib quruması üçün kənara qoyun. Soyuyan pryanikləri nuş edə bilərsiniz.
13227181_1166794030018329_5003668692285627135_n
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий