Pryannikdən hazırlanan çox sadə bananlı tort

Порций:   Время приготовления:

 Adi şokoladlı pryannikdən dadlı və gözəl görünüşlü tort hazırlamaq artıq mümkündür.

pryannik

Tərkibi:

  • 500 qr şokoladlı pryannik
  • yarım stəkan xama
  • 3 ədəd banan
  • 50 qr şəkər tozu
  • zövqə görə şokolad
  • 4 x/q kakao

Hazırlanma qaydası:

Pryannikləri ortadan eninə 3 hissəyə kəsin. Kənarda kremi hazırlayın. Xamaya kakao və şəkər tozunu əlavə edib, mikserlə çalın. Kütlə krem qatılığına gələndə artıq hazırdır. Bananları halqavari doğrayın.Pryannik dilimlərini tortu hazırlayacağınız qaba döşəyin. Aralarında məsafə qalmasın deyə, ovuntuları da səpin. Üzərinə kakaolu krem çəkib, banan dilimlərini düzün.

PRYANNİK1

Yenidən kremləyin. Bu üsulla qalan ərzaqları da eyni qaydada döşəyin. Sonda tortun üzərinə banan dilimləri əvəzinə rəndələnmiş şokolad səpin.

PRYANNİK3

Bir gecə soyuducuda saxladıqdan sonra, Pryannikli tortunuzu süfrəyə verə bilərsiniz.

PRYANNİK2

NUŞ OLSUN!

PRYANNİK4  
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий