Qabaq küküsü

Порций: 8 dilim   Время приготовления: 15 dəqiqə

Düşünürsünüz ki, kükü yalnız göyərtidən hazırlanır? Tez və asan başa gələn qabaq küküsünə nə deyirsiniz?

kuku

Tərkibi:

  •  4 ədəd qabaq
  • yarım dəstə şüyüd və cəfəri
  • 4 ədəd yumurta
  • duz istiot
  • 5-6 qaşıq kərə və ya zeytun yağı

Hazırlanması:

 Öncə qabaqları soyuB, sürtgəcdən keçirin. Suyunu bərk sıxın və bir qaba tökün. Üzərinə xırda doğranmış göyərtiləri, duz, istiot və yumurta vurub qarışdırın. Tavaya yağ əlavə edin. Qızdıqdan sonra hazır kütləni tavaya boşaldıb qaşıq vasitəsilə tavaya eyni hündürlükdə yayın. 2 tərəfli qızardın.

kuku1

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий