Qadın barmağı tortu

Порций:   Время приготовления:
qadin_barmaği Qeyri-adi görünüşlü bu torta ekler tortu da demək olar.

Tərkibi:

 Bişmiş xəmir üçün:
  • 150 qr kərə yağı və ya marqarin
  • 0,5 çay qaşığı duz
  • 1,5 stəkan un
  • 1,5 stəkan (370 qr) su
  • 5-6 ədəd yumurta
Kremi üçün:
  • 500 qr xama və ya 33% lik qaymaq
  • 1 stəkan şəkər kirşanı (130 qr)
Qlazur üçün:
  • 50 qr şokolad
  • 1 çay qaşığı kərə yağı
  • 1 çay qaşığı qaymaq

Hazırlanması:

Bişmiş xəmir hazırlamaq üçün bir qazana su töküb üzərinə duz və kərə yağı və ya marqarin əlavə edib zəif odun üzərinə qoyun. Su qaynayan kimi unun hamısını töküb dayanmadan qarışdırın. Bişən xəmiri odun üzərindən götürün. Bir az soyudub yumurtaları sındırıb, əlavə edərək mikserlə çırpın. Hazır olan xəmiri yağlı kağız sərilmiş soba sinisinə çay qaşığınıın köməyi ilə və ya konditer şprisi ilə balaca şarlar formasında düzün. Xəmirləri şprislə arzu etdiyiniz diametrdə qayçıyla kəsərək aralı olaraq düzün. İlk öncə 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin,daha sonra dərəcəni 180 dərəcəyə endirərək hazır olanadək bişirin .

qadin_barmaği2

Kremi üçün xama və şəkər kirşanını mikserlə çırpın. Bişmiş xəmirləri xamalı kremə bulayın, kənarı açıla bilən  qabın içinə düzün.

qadin_barmagi1

Qlazur üçün şokoladı su hamamında əridib üzərinə yağ və qaymaq əlavə edin. Tortun üzərini şokoladlı qlazurla bəzəyin.1 saat soyuducuda saxlayıb, kənarındakı qabı ehtiyyatla açın. Qadın barmağı tortunu süfrəyə vermək olar.

Nuş olsun!

qadin_barmaği

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий