Qara gavalı qurusu və xama ilə çox dadlı piroq

Порций:   Время приготовления:

Bu piroq başdan-ayağa vitamin mənbəyidir. Tərkibindəki bütün ərzaqlar faydalıdır.

gavali1

Tərkibi:

 Xəmiri üçün:
  • 200 qr un
  • 100 qr yağ
  • 6 xörək qaşığı su
İçlik üçün:
  • 350 qr xama
  • 250 qr qara gavalı qurusu
  • 100 qr qoz
  • 200 ml tünd çay
  • 70 qr şəkər tozu
  • 1 paket vanil(8 qr)
  • 40 qr un

Hazırlanma qaydası:

 Qara gavalı qurusunu 4 saat çaya islanmağa qoyuruq. Çayı süzüb,  gavalının içini qozla doldururuq. Xəmiri üçün yağı doğrayıb, unla birlikdə əlimizlə ovuşdururuq. Bunu tez-tez etmək lazımdır ki, yağ əldə əriməsin. Su əlavə edib xəmir yoğururuq. Dərhal yağlı kağız sərilmiş diametri 23 sm olan siniyə xəmiri yayırıq. Kənarlarına forma verib, artıq olanları səliqəli kəsirik. Sellofan paketlə üstünü örtüb 30 dəqiqə müddətində soyuducuya qoyuruq. Soyuducudan formanı çıxarıb çəngəllə bir neçə yerindən deşirik. Xəmirin üzərini yağlı kağızla örtüb, 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk. Vaxt tamam olduqdan sonra formanı sobadan çıxarırıq. Yarı bişmiş xəmirin üzərinə içi qozla doldurulmuş gavalını bir lay düzürük.

gavali2

İçliyi hazırlamaq üçün xamanı şəkər tozu ilə qarışdırıb,vanil və un əlavə edirik. Yaxşıca qarışdırırıq. Hazır içliyi gavalı qurularının üzərinə töküb yayırıq.

gavali3

180 dərəcə qızıdırılmış sobada içlik bişinədək saxlayırıq.

gavali4

Soyuduqdan sonra doğrayıb, süfrəyə veririk.

gavali5

Nuş olsun!

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий