Qara gavalı salatı

Порций: 6 nəfərlik   Время приготовления: 2 saat

qara gavalı qurusuQonaqlarınıza maraqlı və dadlı salat təqdim etmək istəyirsinizsə, Qara gavalı salatı reseptini sınayın. Gavalı qurusunun faydalarından artıq söz açmışıq. İndi isə bu ləzzətli meyvədən növbəti salatımızı hazırlayacağıq.

Ərzaqlar:

  • 1 ədəd toyuğun döş əti
  • 2 ədəd yumurta
  • 100 qr rəndələnmiş qoz
  • 15 ədəd qara gavalı qurusu
  • mayonez, duz, istiot

Gavalı salatının hazırlanma qaydası:

Toyuğun sinə ətini suda bişirdikdən sonra, ətçəkən maşında çəkirik. Bişmiş və qabığı təmizlənmiş yumurtaları və qoz ləpəsini də maşından keçirib, yaxşıca qarışdırırıq. Gavalı qurusu bərkdirsə bir neçə dəqiqə suda saxlayıb, yumuşaldırıq. Sonra xırda- xırda doğrayıb, qarışıma əlavə edirik. Zövqə görə duz, istiot və mayonezləyib, əlimizlə top formasında düzəldirik. Bir saat soyuduuda saxladıqdan sonra, süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!  

Reseptə görə Nəzrin xanıma təşəkkürlər. Əziz kulinarlar, hazırladığınız maraqlı salat reseptlərini saytımızda paylaşa bilərsiniz.


gavalı salatı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий