Qara gavalı salatı

Порций: 6 NƏFƏRLİK   Время приготовления: 2 SAAT

gavali salati

Əziz kulinarlar, bugün sizinlə çox faydalı qara gavalı salatının reseptini bölüşürük. Quru gavalının böyrək, qaraciyər, revmatizm və mədə- bağırsaq xəstəliklinin dərmanı olduğunu bilirdinizmi? Həmçinin bu salat bayram hazırlıqlarınız üçün maraqlı ideya ola bilər. Quru qara gavalı salatının hazırlanmasında bu ərzaqlardan istifadə etdik:

Tərkibi:

  • 10 ədəd quru gavalı (çox qurudursa 5 dəqiqə suda saxlayıb yumuşaltmaq olar)
  • 1 ədəd toyuğun döş əti
  • 1 ədəd yaşıl alma
  • 3 ədəd yumurta
  • 1 ədəd xiyar
  • 2 x/q rəndələnmiş qoz
  • 100 qr rəndələnmiş holland pendiri
  • mayonez, duz, istiot

Hazırlama prossesi:

Əti bişirib, xirda hissələrə bölürük, mayonez, duz, istiot əlavə edib, boşqaba yayırıq. Əgər mənim salatım kimi alınmasını istəyirsinizsə boşqabın ortasına stəkan cevirib qoyun və ərzaqları ərdıcıllıqla stəkanın ərtafına dairəvi formada yayın. Yumurtaları bişirib, təmizlədikdən sonra sürtgəcin xırda gözündən keçirib, eyni qaydada mayonezləyib, duz, istiot səpirik. Üzərinə sürtgəcdən keçirilmiş almanı və xırda doğranmış gavalı qurusunu da tökürük. Sonra sürtgəcdən keçirilib, mayonezlənmiş xiyarı yayıb duz və istiot səpib, qozu da üzərinə tükürük. Sonda isə stəkanı ehtiyyatla götürün. Rəndələnmiş holland pendiri ilə salatın üzərini örtün. İstədiyiniz bəzəyi verib, soyuducuya qoyun. Quru qara gavalı salatı soyuq formada, isti yeməklərdən öncə süfrəyə verilir. NUŞ OLSUN!


20151221_154713_resized_2
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий