Qaragöz qurabiyəsi

Порций: 6 nəfərlik   Время приготовления:

qurabiyəTürk mətbəxindən çox dadlı qurabiyə resepti.

 

Ərzaqlar:

  •  Yumurta -2 ədəd
  • Şəkər tozu -1 çq
  • Yağ -1 st
  • Süd – 1 st
  • Maya -0,5 çq
  • Kakao – 2 xq
  • Un apardığı qədər
Şərbəti üçün:
  • Şəkər tozu -2 st
  • Su – 2 st

Hazırlanması:

1 st ilıq südlə mayanı isladırıq .( qabarması üçün üzərinə 1 çq qaşığı şəkər tozu tökürük ) 5 dəq saxladıqdan sonra içinə yumurta, duru yağ, və unu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri dörd kündəyə ayırırıq. Kündənin birini kakao ilə qarışdırıb, yenidən yoğururuq. Üçü ağ, biri kakaolu kündə alınır.

1

Kakaolu xəmiri də üç yerə bölürük. Yarım saat saxlayırıq.

2

Şərbəti:

2 st şəkər tozunu 2 st su ilə qarışdırıb qaynadılır. Qaynamağa başlayandan sonra 10 dəqiqə qaynadıb qazı söndürürük.

Ağ xəmiri oxlov ilə açırıq , daha sonra kakaolu xəmiri incə, uzun şəkildə əlimizdə yayırıq.

3

 Kakaolu lenti tam ortasına qoyub, xəmiri üzərinə örtürük. Rulet kimi bükürük ve sonra kəsirik.

6

Kəsdiyimiz hissələri əlimizlə yuvarlayırıq.

qurabiyə

Soyuq sobada 180 dərəcədə 20 dəq ərzində üzərini azacıq qızardırıq.

9

Üzərinə şərbət tökürük. Şərbətin çəkilməsi üçün üzərini örtürük .

Nuş olsun!

Resept üçün Xanım xanıma minnətdarıq.

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий