Qarda “Qara mirvari” salatı

Порций:   Время приготовления:

Bu salat nağılabənzər dadı və görünüşü ilə süfrələrinizin bəzəyinə çevriləcək.

salato

Tərkibi:

  • 200 qr qaynadılmış dana əti
  • 3 ədəd qaynadılmış yumurta
  • 100 qr holland pendiri
  • 80 qr qoz
  • çəyirdəksiz üzüm
  • duz, istiot
  • mayonez
  • 10-15 dənə qara üzüm və ya qara zeytun
 

Hazırlanması:

Dana ətini duzlu suda bişirib, əlinizlə didin. Qozu xırda doğrayın. Qaynadılmış yumurtaları qabığından təmizləyib, sürtgəcin iri gözündən keçirdin. Pendiri də rəndələyin. Bu salatın bir özəlliyi də odur ki, layların arası mayonezlənmir,hər lay mayonezlə qarışdırılıb,sonra qaba döşənilir. Bu zaman ərzaqlar daha dadlı olur. Beləliklə keçək düzülmə qaydasına: Salatı hazırlayacağımız qaba ilk lay mayonezlə qarışdırılmış ət döşəyirik. ikinci qat mayonezsiz qoz səpirik. 3-cu lay üçün mayonezlə qarışdırılmış yumurtanı səliqə ilə yayırıq. Sonda isə salatın üzərinə pendir səpib, üstünə qara üzümləri qoyuruq.

NUŞ OLSUN!

salato

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий