Qarğıdalı salatı

Порций: 8 dilim   Время приготовления: 2 saat

Maraqlı salat növlərindən biri olan Qarğıdalı salatı reseptini Sizə təqdim edirik.

Tərkibi:

  • 2 ədəd kartof
  • 2 ədəd yerkökü
  • 3 ədəd yumurta
  • 2 ədəd xiyar
  • 150 qr konservləşdirilmiş qarğıdalı
  • 200 qr mal ve ya toyuq eti
  • mayonez (zövqə görə xama da əlavə etmək olar)
  • duz, istiot

Hazırlanma qaydası:

Zövqə görə mal və ya toyuğun döş ətini qaynadın. Əgər mal ətindən istifadə edirsinizsə, xırda-xırda doğrayın. Seçiminiz toyuq ətidirsə,  uzunsov doğrayıb, didin.Kartof, kök və yumurtanı suda bişirib,  qabıqlarını soyub,  kiçik kub şəkilində doğrayın. Xiyarı da soyub, eyni qaydada doğrayın. Bütün ərzaqları doğradıqdan sonra, üzərinə konservləşdirilmiş qarğıdalını da tökün. Mayonez, xama(zövqə görə), duz və istiot səpib, qarışdırın. Qarğıdalı salatı hazırdır.  Salatınızı istədiyiniz şəkildə bəzəyib, süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!
QARĞIDALI SALATI
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий