Qarışqa yuvası tortunun ən asan 2 resepti

Порций:   Время приготовления:


Bez-imeni-1-202Adı və unudulmaz dadı çoxumuza tanış olan Qarışqa yuvası tortunun asan və ən asan hazırlanma qaydaları ilə tanış olun.

Tərkibi:

I Qayda

  • 125 qr kərə yağı
  • 1 ədəd yumurta
  • 4 x/q şəkər tozu
  • 4 x/q süd
  • 3 stəkan un
  • 100 qr qoz
  • 1 qab bişmiş qatılaşdırılmış süd

II Qayda

  • 500-600 qr yubileynoe peçenyesi
  • 1 qab bişmiş qatılaşdırılmış süd
  • 100 qr kərə yağı
  • 2 x/q xama
  • 50 qr qoz

     

Hazırlanması:

I Qayda

Şəkər tozu və yumurtanı qarışdırıb, üzərinə əridilib, soyudulmuş yağ və süd tökürük.  Unu da əlavə edib, xəmir yoğururuq. Xəmiri 2-3 kündəyə ayırıb, bərkiyənədək dondurucuda saxlayırıq. Sonra kündələri soyuducudan çıxardıb,  sürtgəcin iri gözündən keçiririk. Rəndələdiyimiz xəmir qırıntılarını  perqament kağız sərilmiş soba sinisinə töküb, 160 dərəcə isidilmiş sobada təxmini 10-15 dəqiqə qızılı rəngə çalanadək bişiririk. Bu müddətdə qozu xırda doğrayırıq. Sobadan çıxmış qırıntıları bişmiş qatılaşdırılmış süd və doğranmış qozla qarışdırıb, təpə şəkilinə gətiririk. Asan və dadlı Qarışqa yuvası tortu hazırdır.

II Qayda

Peçenyeləri dərin bir qaba töküb, əlinizlə kiçik hissələrə bölün.  Qatılaşdırılmış süd, kərə yağı və xamanı mikserlə çalın. Böldüyünüz peçenye qırıntılarını bu kütləyə töküb, yaxşıca qarışdırın. Üzərinə xırda doğranmış qoz tökün. Kütləni geniş bir boşqaba təpə şəklində yığın. Üzərini zövqə görə bəzəyin. Tortu 30 dəqiqəə soyuducuda saxladıqdan sonra süfrəyə verin.

NUŞ OLSUN!


644_2  
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий