Qarpız marinadı, mürəbbəsi və kompotu

Порций:   Время приготовления:
qarpizPendirlə qarpız yeməkdən artıq doymusunuz? Sevimli meyvədən qış üçün tədarük hazırlayın. Qarpız marinadı, mürəbbəsi və kompotu bişirib, ilin hər fəsilində bu meyvənin dadından zövq alın.
 
 
 

Ərzaqlar:

Marinə edilmiş qarpız 3 litr üçün
  • Qarpız
  •  qarağat yarpaqları
  • albalı yarpaqları
  • Üyüdülməmiş dənə istiot
1 litr su üçün
  • 1 xörək qaşığı duz
  • 2 xörək qaşığı şəkər tozu
3 litrlik banka üçün
  • 1 xörək qaşığı sirkə essensiyası
Qarpız qabığından mürəbbə
  • 2 kq qarpız qabıqları
  • 1 kq şəkər tozu
  • 1 limon 
Qarpız kompotu
  • 1 kq qarpızin qırmızı hissəsi
  • 5-6 stəkan su
  • 250 qr şəkər tozu

Hazırlanması:

Marinə edilmiş qarpız

Qarpızı iri tikələrlə doğrayın. Hər bankaya 10 ədəd qarağat yarpağı və 2 ədəd albalı yarpağı qoyun, 7 dənə istiot və bolluca qarpız tikələri ilə doldurun. Qaynar su töküb qapağını bağlayın və 20 dəqiqə saxlayın. Suya duz, şəkər tozu və sirkə essensiyasını əlavə edib, qaynamağa qoyun. Qarpızları bankalara doldurun və bankanın qapağını möhkəm bağlayın. Bankaları qapağı üstə çevirin, yorğanı üzərinə sərib 1-2 gün müddətində soyumağa qoyun. Daha sonra sərin yerdə saxlayın.

qarpiz_marinadi

Qarpız qabığından mürəbbə

Qarpızın yaşıl qabıqlarının bərk hissəsini kəsin.Qalan ağ qatı da kiçik kublar formasında doğrayın. Kubları tərəzi ilə çəkin (şəkər tozunun düzgün hesablanması üçün). 1 kq qarpız qabığına 700 qr şəkər tozu lazım olacaq. Qarpız qabıqlarının üzərinə şəkər tozu tökün və 3-4 saat saxlayın, sonra qarışdırın və orta odda 10 dəqiqə (qaynamağa başlayan andan etibarən) bişirin. Odun üzərindən götürün, üstünə qapaq örtün və bir gecə saxlayın (qarpız dilimləri şirəni özünə çəksin deyə). Limonun qabıqlarını sürtgəcin xırda gözündə rəndələyin və limonun şirəsini sıxın. Qarpız mürəbbəsini qaynamağa qədər çatdırıb, limon qabığını əlavə edin və zəif odda 30 dəqiqə bişirin. Daha sonra limon şirəsi əlavə edib, 10 dəqiqə də bişirin. Sterilizə edilmiş bankalara mürəbbələri bölüşdürün və bağlayın. Otaq temperaturunda tam soyuyanandək saxlayın. Qarpız mürəbbəsi qaranlıq və sərin yerdə saxlanmalıdır.

qarpiz_murebbesi

 
Qarpız kompotu
 
Yetişmiş bütöv qarpızı seçin. Çəyirdəyini təmizləyib qabığını soyun. Kiçik tikələrlə doğrayın. Emallı qazanda şəkərli siropu bişirin. Bunun üçün suyu qızdırıb üzərinə şəkər tozu əlavə edib qarışdırıb, qaynadın. Qaynamış siropa tikə qarpızları əlavə edib qaynayanadək bişirin. 5 dəqiqə ərzində bişirib, sterilizə olunmuş bankalara töküb, qapağını möhkəm bağlayın. Bankaları çevirin və soyutmaq üçün 1-2 gün yorğan altında saxlayın.
qarpiz_kompotu
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий