Qatılaşdırılmış süd ilə piroq

Порций: 1 ədəd   Время приготовления: 1 saat

piroqQatılaşdırılmış süd müxtəlif kremlərin hazırlanmasında istifadə olunur. Bundan əlavə o piroqların, ruletlərin də xəmirinə əlavə edilir və bu şiriniyyatlar olduqca ləzzətli alınır.

Lazım olan ərzaqlar:

  • 3 ədəd yumurta
  • 200 qr qatılaşdırılmış süd
  • 3 ç/q xama
  • 100 qr bitki yağı
  • 2 stəkan un
  • 1 ç/q vanil
  • 1 ç/q qabartma tozu

Hazırlanması:

Öncə yumurtalar bir qabın içərisində qarışdırılır. Üzərinə qatılaşdırılmış süd və xama əlavə edilir. Bitki yağı və vanil də qarışıma tökülüb, yaxşıca çalınır. Üzərinə qabartma tozu və un qarışımı ələkdən keçirilir. Əldə olunan xəmir soba qabına tökülür. 180 dərəcə isidilmiş sobada 35-40 dəqiqə müddətində bişirilir. Hazır piroqun üzərinə şəkər kirşanı səpmək olar.

NUŞ OLSUN!

Resept üçün Nigar xanıma minnətdarıq.


Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий