Qatılaşdırılmış südlü “Tvorojnik”

Порций:   Время приготовления:

Çox tez və asan başa gələn bu şirniyyat, uşaqlar üçün də çox faydalıdır. Qatılaşdırılmış südlü "Tvorojnik" ən dadlı tortları da geridə qoyacaq.

tvorojnik3

Ərzaqlar:

  • Xəmir üçün:
  • 125 qr kərə yağı
  • 300 qr un
  • 1 ç/q qabartma tozu
  • 1 ədəd yumurta
  • 2 x/q kakao
Kəsmikli içlik üçün:
  • 500-600 qr kəsmik
  • 3 ədəd yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 1 paket vanilli pudinq
  • yarım stəkan xama
Üzərinə:
  • bişmiş qatılaşdırılmış süd (Вареное сгущенное молоко)
  • 100 qr qoz, fındıq və ya araxis
  • 2 x/q bal
   

Hazırlanması:

Öncə xəmiri hazırlayaq. Un, şəkər tozu,kakao, qabartma tozu və otaq temperaturuna gətirilmiş yağı bir qaba töküb, umac halına gətirin. Yumurtanı da əlavə edib, xəmir yoğurun. Xəmiri soba qabına eyni ölçüdə yerləşdirib, kənarlarını da səliqə ilə eyni uzunluqda qabın divarlarına yapışdırın. Kənarlarını çəngəlin ucu ilə şəkildəki formaya sala bilərsiniz.

tvorojnik

İndi isə kəsmikli içliyi hazırlayın. Kəsmiyi ətçəkən maşından keçirdin. Üzərinə toz şəkilində olan vanilli pudinqi səpin. Üzərinə yumurtaları və şəkər tozunu, sonra isə xamanı töküb, mikser və ya blenderlə yaxşıca qarışdırın.

İçliyi də xəmirin üzərinə tökün.

tvorojnik1

Öncədən 180 dərəcə isidilmiş sobada 50-55 dəqiqə bişirib, biraz soyudun.

tvorojnik2

Sonra qoz, fındıq və ya araxisi soba sinisinə qoyub, 5 dəqiqə qovurun. Ehtiyyatlı davranın ki, yanmasın. Balı su hamamında isidib, qoz, fındığı üzərinə tökün. Yaxşıca qarışdırın. Soyumuş tvorojnikin üzərinə öncə bişmiş qatılaşdırılmış südü, sonra isə ballı qoz, fındığı sürtün.

tvorojnik4

Bu qədər sadə, dadlı və gözəl...

coocook.me

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий