Qaymaqlı alma piroqu

Порций: 12 dilim   Время приготовления: 40 dəqiqə

alma piroquƏziz dostlar, Sizə çox asan və olduqca dadlı alma piroqunun hazırlanma qaydasını təqdim edirik. 

Tərkibi:

  • 125 qr yumuşaldılmış kərə yağı
  • 400 qr un (2 stəkan)
  • 200 qr şəkər tozu
  • 200 qr yağsız qaymaq
  • 2 ədəd yumurta
  • yarım ç/q darçın
  • 1 ç/q qabartma tozu
  • 1 x/q bal
  • 1 ədəd alma

Hazırlanma qaydası:

Öncə yağ və unu umac halına gətirin. Üzərinə şəkər tozu da əlavə edib, qarışdırın. Yumurtaları, darçını, balı və qabartma tozunu da qarışıma tökün. Sonda qaymağı əlavə edib, xəmir halına gətirin. Soba qəlibinə töküb, üzərini alma dilimləri ilə bəzəyin. 180 dərəcədə 30 dəqiqə bişirdikdən sonra Qaymaqlı alma piroqunuzu isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


alma piroqu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий