“Qaymaqlı həzz” piroqu

Порций:   Время приготовления:

Əziz xanımlar, əminik ki, hər biriniz üçün övladlarınızın və doğmalarınızın sağlamlığından üstün heçnə yoxdur. Elə isə bu reseptimiz Sizin üçündür. Təqdim etdiyimiz şirniyyat çox ləziz, doyumlu və ən əsası faydalıdır. Tərkibində olan qaymaqlı krem kalsium, zülal və vitamin mənbəyidir. Hazırlanma qaydası haqda isə heç nə demirik. Özünüz sadəliyinə əmin olacaqsınız.

 

_MG_8601_1

 

Tərkibi:

Xəmir üçün:
  • 3 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 150 qr un
Xəmirin üzərinə çəkməyə:
  • 200 ml çiyələk mürəbbəsi (digər mürəbbələr də olar)
Qaymaqlı krem üçün:
  • 200 qr yağlı qaymaq
  • 200 qr maskarpone pendiri
  • 100 qr şəkər tozu
Piroqun üzərinə səpmək üçün:
  • 150 qr tünd şokolad

Hazırlanması:

Əziz bacarıqlı kulinarlar, ümumiyyətlə faydalı şirniyyat hazırlamaq üçün ilk növbədə seçdiyimiz ərzaqların keyfiyyətinə diqqət etməliyik.  Çünki məhz bu zaman arzuladığımız nəticəni əldə edə bilərik. 

yum

Öncə xəmiri hazırlayın. Yumurtaları və şəkər tozunu bir qaba töküb, 5 dəqiqə mikserlə qarışdırın.

yumurta

Unu da əlavə edib, tel çırpıcı ilə qarışdırmağa davam edin.  Xəmiri kənarı açılabilən soba qabına tökün.

xem

160 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.

qq

Bişmiş piroqu elə qabın içindəcə biraz soyudun. Sonra üzərinə çiyələk mürəbbəsi sürtün. 

mwrebbe

Qaymaqlıkrem hazırlayın. Bu kremi hazırlamaq olduqca sadədir. Belə ki, qaymaq, maskarpone pendiri və şəkər tozunu mikser vasitəsilə 5 dəqiqə qarışdırdıqdan sonra, dadına doyum olmayan qaymaqlı kreminiz də hazırdır.

krem

Mürəbbənin üzərinə bol krem sürtün. Sonda isə şokolad növləri içində ən faydalısı olan tünd şokoladı hazır piroqun üzərinə rəndələyin. 

Piroqu minimum 3 saat soyuducuda saxladıqdan sonra, qabın kənarını ehtiyyatla açıb, doğrayaraq süfrəyə verin. 

qaymaqli

 Əziz dostlar, yəqin ki, son zamanlar Çindən gələn saxta yumurtalar, süni şəkildə böyüdülüb, natəmiz şəraitdə kəsilib, satılan broyler toyuqları və s. faktlardan xəbərdarsınız. Bəs bu məhsullardan necə qorunmaq olar? Ucuz qiymətə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarını hardan və necə əldə edə bilərik? Çox sadə... Bu sahədə ilkə imza atmış ObaNatur şirkəti öz müştərilərinə ekoloji təmiz, orqanik, ləzzətli və keyfiyyətli ərzaqlar təklif edir.  Biz artıq bütün ağartı məhsulları və digər kənd təsərrüfatı ərzaqlarını ObaNatur-dan əldə edirik. Bunun üçün evdən çıxmağa da gərək qalmır. Çünki daim müştəri rahatlığını düşünən ObaNatur şəbəkəsi, sayta daxil olub, sifariş etdiyiniz bütün ləziz məhsulları evinizə pulsuz çatdırır. ObaNatur şirkəti yüksək keyfiyyəti, tər-təmiz ləzzətli məhsulları ilə daim xidmətinizdədir.  Əlaqə və sifariş üçün: ObaNatur.az saytına eləcə də ObaNatur  facebook səhifəsinə daxil ola bilərsiniz.

obanatur

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий