Qaymaqlı kremlə biskvitli ballı tort

Порций:   Время приготовления:

Ballı tort bişirmək Sizə çətin və yorucu görünürsə, təqdim etdiyimiz resepti sınayın. Biskvitlə hazırlanan Ballı tortu bişirmək hələ bu qədər asan olmamışdı.

Tərkibi:

  • 3 böyük yumurta(otaq temperaturunda)
  • 100 qr şəkər tozu
  • 100 qr bal
  • 1 çay qaşığı soda
  • 150 qr un
Siropu üçün:
  • 1 çay qaşığı bal
  • 100 ml isti su
Kremi üçün:
  • 300 ml 33-35% yağlılıqlı soyuq qaymaq
  • 300 qr bişmiş qatılaşdırılmış süd

Hazırlanması:

Öncə yumurta və şəkər tozunu mikserlə çırpın. Qazana balı və sodanı tökün. Yavaş-yavaş qarışdıraraq qızılı rəng alanadək 2-3 dəqiqə bişirin. Qazanı odda götürüb qaşıq-qaşıq yumurtalı qarışığa əlavə edib, dayanmadan mikserlə çırpın. Unu da əlavə edib ehtiyyatla qarışdırın. Xəmiri yağlanmış soba sinisinə töküb 160 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Siropu üçün balı isti suda əridin və soyumağa kənara qoyun. Kremi üçün qaymağı qatılaşdırılmış südlə çalın. Soyuyan biskviti 3 hissəyə bölün. Hər qatını ballı siropla isladıb krem yaxın. Tortun üzərini arzuya görə biskvitin qalıqları ilə bəzəyə bilərsiniz. Bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!


13624597_916482488497980_349071943_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий