Qaz ayağı şirniyyatı

Порций: 40 ədəd   Время приготовления: 2 saat

qaz ayağıUşaqların və böyüklərin məmnuniyyətlə yeyəcəyi şirniyyat hazırlamaq istəyirsiniz? Elə isə Qaz ayağı qurabiyəsini sınayın. Bu şirniyyat forma etibarilə qaz ayağlarını xatırlatdığı üçün belə adlandırılıb. Hazırlanma qaydası isə asan və əyləncəlidir.

Tərkibi:

  • 2 ədəd yumurta
  • 200 qr kəsmik
  • 200 qr kərə yağı
  • təxmini 3 stəkan un
  • yarım stəkan ilıq su
  • vanil, qabartma tozu
  • 300 qr şəkər tozu

Hazırlanma qaydası:

1. Soyuducudan yenicə çıxardığınız kərə yağını sürtgəcin iri gözündən keçirin. Üzərinə kəsmik və un əlavə edib, umac hazırlayın.

2. Umacın içərisinə yumurtaları, vanili və qabartma tozunu da tökün.

3. içərisinə apardığı qədər su səpib, 10 dəqiqə xəmir yoğurun.  Hazır xəmiri yarım saat kənara qoyun.

4. Geniş bir qaba şəkər tozu tökün. Xəmirdən kündələr hazırlayıb, yayın. Kasa və ya digər geniş qabın ağzı ilə dairələr kəsin.

5. Kəsdiyiniz dairələrin bir tərəfini şəkər tozuna batırın. Şəkərli hissə içəridə qalmaq şərtilə dairəni aypara formasında qatlayıb, yenə bir hissəsini şəkər tozuna batırın. Yenidən eyni qaydada qatlayıb, üst hissəsini şəkərə batırın. Alınmış formaları əlinizlə yüngülcə sıxın. 

6. Eyni qayda ilə bütün dairələri bu formaya gətirib, soba qabına düzün. 200 dərəcədə 20 dəqiqə üzü azca qızaranadək bişirin. 

Ləzzəti qaz ayaqlarını isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!


 yağumacxəmirqaz ayağıqaz ayağı şirniyyatı

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий