Qırmızı ürək tortu

Порций: 1 ədəd   Время приготовления: 2 saat

oiDeyirlər kişinin ürəyinə gedən yol mədəsindən keçir. Sevgilinizin həm ürəyinə həm də mədəsinə xitab edə biləcəyiniz asan və xüsusi desert… Qırmızı ürək tortu

Tərkibi:

  •  4 ədəd yumurta (otaq temperaturunda olsun)
  • 1 stəkan şəkər tozu
  • 3 x/q ilıq su
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 1,5 stəkan un
  • 1 çimdik duz
  • 1 çay qaşığı qırmızı qida boyası(və ya qırmızı çuğundur suyu)
Kremi üçün:
  • 4 paket krem şanti
  • 3 stəkan soyuq süd
  • bəzəmək üçün gümüşü rəngli yeməli muncuqlar

Hazırlanması:

 Yumurtanın sarısını ağını ayırın. Şəkər tozunu yumurtanın sarısıyla krem halına gələnə qədər yaxşıca mikserlə çalın,ilıq suyu əlavə edib çalmağa davam edin. Unu və qabartma tozunu, vanil və qırmızı qida boyasını da əlavə edib yaxşıca çırpın. Ayrı bir qabda yumurtanın ağını ağaranadək çırpın və keks xəmirinə əlavə edib taxta bir qaşıqla qarışdırın.Qırmızı keks kütləsini 26 sm-lik yumru yağlanmış və ya yağlı kağız sərilmiş keks qəlibinə boşaldıb üzərini taxta qaşıq ilə düzəldin.Keks qəlibini  əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişirin və soyumağa qoyun.

Kremi üçün 3 stəkan südü 4 paket krem şanti ilə çalın, soyuducuda 15 -20 dəqiqə saxlayın.

Keks üçün ürək şəklində bir kağız kəsin.Ürək şəklində kəsdiyiniz kağızı qırmızı keksinizin üstünə qoyun və iti bir bıçaqla kağızın xəttində ürək şəklində çəkərək kəsin.

13315698_1180801291950936_3416285704840660987_n

Qalan keksin qalıqlarını saxlayın,daha sonra üstünü örtmək üçün istifadə ediləcək.Ürək şəklində kəsdiyiniz keksi 3 bərabər hissələrə ayırın.Tortun alt qismini düz bir qaba qoyub üzərinə krem şantini sürtün, ikinci qatına da eyni şəkildə krem şantini sürtün.Tortun ən üst qatını da bağlayıb qalan kremi hər tərəfinə yaxşıca sürüb hamar bir şəkil verin. Qalan keks parçalarını ovub, əlinizlə tortun hər tərəfini örtün. İstəyə görə gümüşü rəngli muncuqlarla bəzəyin. Soyuducuda bir neçə saat dinləndirib süfrəyə verin, sevdiklərinizlə birgə bu gözəl tortu nuş edin.

oi

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий