Qış hazırlıqlarınız üçün iki dadlı resept

Порций:   Время приготовления:
 Qış hazırlıqlarınız üçün iki dadlı turşu resepti təqdim edirik.

Tərkibi:

Qış kralı-qış üçün xiyar salatı(sterilizə tələb olunmur!)  
  • 5 kq təzə xiyar
  • 1 kq baş soğan
  • 300 qr şüyüd  (istəyə görə digər göyərtilər də olar)
  • 100 ml sirkə 9%
  • 5 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı duz
  • dənə istiot zövqə görə
Marinə edilmiş pomidor dilimi
  •  pomidor
  • yarım halqa doğranmış soğan
  • şüyüd cəfəri
  • ı qıtığotu yarpağı(xren)
  • dəfnə yarpağı
  • dənə istiot
marinad üçün
  • 1 litr suya 3 xörək qaşığı şəkər tozu 1 xörək qaşığı duz 80 qr sirkə ( 9%) istifadə olunur
 

Hazırlanması:

Qış kralı-qış üçün xiyar salatı(sterilizə tələb olunmur!)
 
  Xiyarları yaxşıca yuyun,1 saat soyuq suda islatmaq olar. Xiyarları yarım halqa doğrayın.Baş soğanı soyub, yuyun və yarım halqa kəsin. təmizləyin Xiyarları və soğanı böyük bir qaba tökün duzlayın və 30 dəqiqə saxlayın(xiyar şirəsini versin deyə).Şüyüd(zövqə görə) yuyulub xırda doğranılır. Böyük qazanda sirkə, şəkər tozu və istiot qarışdırılır.Duzlanıb gözlədilən tərəvəzləri də əlavə edib səliqəli qarışdırın. Qazanı ocağın üzərinə qoyub zəif odda vaxtaşırı qarışdıraraq qaynamağa çatdırın.Xiyarların rəngi dəyişdikdə tez ocaqdan götürüb bankalara doldurun.Bankaları tam doldurmaq lazımdır(marinad xiyarların üzərini tutacaq qədər). Qapağını bağlayıb çevirin(sterilizə tələb olunmur).Qış kralı salatı hazırdır.
xiyar
 
Marinə edilmiş pomidor dilimi
 
Öncə bankaya şüyüd, cəfəri, xren(qıtıqotu) , dəfnə yarpağı və dənə istiot düzün. Yuyulmuş pomidorları böyüklüyündən asılı olaraq 2-4 hissəyə bölün. Dilimlənmiş pomidorları, halqa doğranmış soğanlarla birlikdə bankaya yerləşdirin. Birinci dəfə qaynar su töküb 10-15 dəqiqə saxlayın. İkinci dəfə marinad suyu ilə doldurun. Bankaya duru yağ əlavə edin:məsələn 1 litr bankaya 1 qaşıq,2 litr bankaya 2 qaşıq və s..Bankanın qapağını marinad suyunu tökən kimi bağlayın. Dəmir qapaqla bağlayın(zakatkalayın).Bu reseptdə  sterilizəyə ehtiyac yoxdur. 
POMIDOR
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий