Qiyməli çudu

Порций:   Время приготовления: 4 saat

qiyməli çuduQiymə içlikli çudu resepti ilə tanış  olun.

 

 

Tərkibi:

Xəmir üçün
  • 1 kq un
  • 2 ədəd yumurta
  • 3 stəkan süd
  • 1x/q duz
  • 1 ç/q quru maya
İçlik üçün:
  • 500 qr mal əti
  • 2 baş soğan
  • 1 stəkan uzun düyü
  • duz, istiot
  • bitki yağı
Yağlamaq üçün
  • 150 qr əridilmiş kərə yağı

Hazırlanma qaydası:

1  Öncə xəmiri hazırlayırıq. Mayanı 1 stəkana töküb, üzərinə 3 x/q ilıq süd əlavə edirik.10 dəqiqə köpüklənənədək gözləyirik. 3 stəkan südü qazana töküb, ilıq olanadək ocağın üzərində saxlayırıq. İlıqlanmış südü ocaqdan götürürük. 1 kq unu iri bir qaba ələyib, üzərinə mayanı, duzu, yumurtanı və 2 stəkan südü töküb, xəmir yoğururuq. Ehtiyac olarsa, yenə süd əlavə edirik.  Yumşaq xəmir əldə edənədək yoğururuq. Üzərinə sellofan çəkib, odealla örtürük. 2 saat ərzində xəmirin acımasını gözləyirik.

2 Xəmirin hazır olmasını gözlədiyimiz müddətdə içlik hazırlayırıq. Əti ətçəkən maşından keçirib, üzərinə biraz su töküb, tavada bişiririk. Suyu quruyana yaxın üzərinə yağ və xırda doğranmış soğan əlavə edirik. Zövqə görə duz və istiot səpib, qiymə hazırlayırıq. Hazır qiymənin üzərinə duzlu suda bişirilib, suyu süzülmüş uzun düyü töküb, qarışdırırıq. İçlik hazırdır.

3 Vaxt tamam olandan sonra, xəmiri 14 kündəyə ayırıb, üzərini dəsmalla örtüb, yarım saat gözlədirik. Çox yumuşaq və gözoxşayan xəmir alınır. Kənarda yağ əridirik. Kündələri bir- bir unlayıb, oxlovla çox nazik şəkildə yayırıq. Hər bir kündəni yaydıqdan sonra, üzərini yağlayırıq. Növbə ilə kündələri yayıb, yağlayıb, üst-üstə qoyuruq. Daha rahat olması üçün yaydığınız yuxaları digərinin üzərinə qoyarkən, kənarlarını dartıb uzada bilərsiniz. Ən son yaydığınız yuxanı digərlərinin üzərinə qoyduqdan sonra yağlamağa gərək yoxdur.

4 Yağlanmış və üst- üstə yığılmış  yuxaları rulet formasında bükürük. Bükdüyümüz yuxaları 3 sm enində kəsirik. Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük.Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq. Eyni qayda ilə çuduların hamısını eynən badambura formasında   hazırlayırıq.

5 Hazır çuduların üzərinə sellofan çəkib, 15 dəqiqə də gözlətdikdən sonra, 180 dərəcə isidilmiş sobada üzəri qızaranadək təxminən 20 dəqiqə bişiririk.

NUŞ OLSUN!

Resept üçün Arzu xanıma təşəkkürlər.


qiyməli çudu

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий