Qiyməli mini pide

Порций:   Время приготовления:

12900094_854763684669861_1746372666_nÇox ləzzətli mini pide resepti ilə tanış olun. 

Tərkibi:

Xəmiri üçün
  • 1 stəkan ilıq süd
  • 1 stəkan qatıq
  • 1 stəkan duru yağ
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı maya
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı duz
  • 4-4,5 stəkan un.
İçlik üçün
  • 150 qram qiymə
  • 2 ədəd soğan
  • 3 ədəd acı bibər
  • 2 ədəd pomidor
  • 1 xörək qaşığı tomat
  • 2 xörək qaşığı duru yağ
  • 1 çay qaşığı duz
  • Pul bibər, İstiot, Kəklikotu
Üzəri üçün
  • 1 yumurta

Hazırlanma qaydası:

1 Xəmir üçün un xaricində bütün ərzaqlar hamısı yoğurma qabının içərisində qarışdırılır. Az-az un əlavə edib yumuşaq, ələ yapışmayan bir xəmir yoğrulur.Xəmirin üstü örtülərək 1-2 saat isti yerdə mayalanmağa qoyuruq.

2 İçlik üçün, soğan və bibərlər ətçəkən maşından  keçirilərək bir qabın içərisinə qoyulur. Pomidorların qabıqları soyulub, kiçik-kiçik doğranıb, soğanların üzərinə əlavə edilir. Qiymə, tomat, duru yağ və ədviyyatlar da əlavə olunub yaxşıca qarışdırılaraq içlik hazır edilir.

3 Mayalanan xəmirdən naringi(mandarin) böyüklüyündə kündələr hazırlanır. Oxlovla uzununa açılır.Üzərinə hazırlanan qiyməli iç xərcindən qoyulub, ucları birləşdirilərək sıxlaşdırılır və kənarları üzərinə doğru bükülür. Hazırlanan qıyməli mini pide yağlanmış soba sinisinə düzülür. Kiçik bir kasada yumurta çırpılır və pide kənarlarına sürtülür. Əvvəlcədən isidilmiş 180 ° sobada üstü qızarana qədər bişirilir. Sobadan çıxarılan pide isti halda yeyilir.

Nuş olsun!


12900094_854763684669861_1746372666_n

Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий