Qlazurlu tort

Порций: 8 nəfərlik   Время приготовления: 2 saat

tortBugün sizinlə çox sadə və fərqli biskvit tortunun reseptini paylaşırıq. Eləcə də, Qlazurlu tortun içərisinə vurmaq üçün kremin və üzərini bəzəmək üçün qlazurun hazırlanma qaydası ilə tanış olacaqsınız. 

Biskvit, qlazur və kremin hazırlanması üçün lazım olan ərzaqlar:

    Biskvit üçün
  • 3 ədəd yumurta
  • 1 st şəkər tozu
  • 50 qr yumuşaldılmış kərə yağı
  • 200 qr xama
  • 300 qr un
  • vanil və qabartma tozu
   Krem üçün
  • 2 ədəd yumurta
  • 1,5 st süd
  • 1 st şəkər tozu
  • 100 qr un
  •  vanil
Qlazur üçün
  • 1 st süd
  • 3 x/q kakao
  • 1 st şəkər tozu
  • 50 qr kərə yağı
   

Tortun hazırlanma qaydası:

Öncə biskviti hazırlayırıq. Bunun üçün  yumurtaları mikserlə qarışdırırıq.  Üzərinə şəkər tozunu əlavə edib, qarışdırmağa davam edirik. Növbə ilə xamanı və yumuşaldılmış yağı əlavə edib, mikserlə çalmağa davam edirik. Sonda un, qabartma tozu və vanili də qarışıma səpib, taxta qaşıqla qarışdırırıq.  Xəmiri soba qabına töküb, öncədən qızdırılmış sobada 25 dəqiqə bişiririk. Bişdikdən sonra biskviti soyumağa qoyuruq. 

Kremi hazırlamaq üçün, süd və şəkər tozunu ocağın üzərində biraz qızdırırıq. Sonra kənarda birgə qarışdırılmış un və yumurtanı da bura əlavə edirik. Az odda 40 dəqiqəyə yaxın durmadan qarışdırırıq.  Krem qatılaşanda ocaqdan götürüb, vanil əlavə edirik. Bu kremə yağ vurmağa ehtiyac yoxdur.

Qlazur bişirmək çox asan prossesdir. Belə ki, süd, kakao və şəkər tozunu kənarda qarışdırıb, orta odun üzərində bir müddət daim qarışdıraraq bişiririk. Qatılaşan kimi, ocaqdan götürüb üzərinə yağı əlavə edirik. Mikserlə qarışdırmağa gərək yoxdur, çünki, yağ qlazurun içərisində rahatlıqla əriyəcək.

Sonda isə korju bıçaqla iki hissəyə bölüb, korjların arasına kremi, tortun üzərinə isə qlazuru sürtürük. Zövqünüzə görə bəzəyə bilərsiniz. Qlazurlu tort hazırdır. Bir müddət gözlətdikdən sonra  çayla nuş edə bilərsiniz.


tort FB_IMG_1453077063716_resized
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий