Qlazurun 3 hazırlanma qaydası

Порций:   Время приготовления:

QLAZURBir çox şirniyyatları qlazursuz təsəvvür etmək mümkün deyil. Qlazurun 3 hazırlanma qaydasını öyrənib, mətbəxdə işinizi asanlaşdırın.

 

Lazım olan ərzaqlar:

I Qayda
  • 100 qr kərə yağı
  • 1 x/q kakao
  • 1 x/q un
  • yarım stəkan şəkər tozu
  • 5 x/q süd
  • yarım ç/q vanil
II Qayda
  • 150 qr şokolad
  • 1 x/q kakao
  • 1 stəkan şəkər tozu
  • yarım stəkan su
III Qayda
  •  100 qr qara şokolad
  • 3 x/q yağlı xama

Hazırlanması:

I Qayda

50 qr yağ, şəkər tozu, 1 x/q kakao, 1 x/q un və 5 x/q südü daim qarışdıraraq qaynadın. Ocağın üstündən götürüb, soyutduqdan sonra yerdə qalan 50 qr yağ və vanili də töküb, qarışdırın.

II Qayda

Bir qabın içinə 150 qr şokolad töküb, aşağı odun üzərində isidin. 1 x/q kakao, şəkər tozu və suyu da əlavə edib, qatılaşanadək ocağın üzərində bişirin. Qlazurun hazır olub- olmadığını bilmək üçün, qaşıqla az miqdarda götürüb, boşqaba tökün. Əgər yayılmırsa demək artıq bişib. Bişmiş qlazuru tez istifadə etmək lazımdır. Tez bir zamanda tortun üzərinə töküb, bıçaqla yayın.

III Qayda

Şokoladı su hamamında əridib, üzərinə xama əlavə edib, qarışdırın. Qlazur hazırdır.

NUŞ OLSUN!

qlazur_1
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий