Qoz şirniyyatı

Порций:   Время приготовления:

FB_IMG_1457643783573Əziz dostlar, məşhur Qoz şirniyyatının ən geniş yayılmış resepti ilə Sizi tanış edirik.

Tərkibi:

  • 2 yumurta
  • 200 qram kərə yağı(yumuşaldılmış)
  • 1,5 stəkan şəkər pudrası
  • 1 paket vanil
  • 1 çimdik duz
  • 2 xorək qaşığı qatıq
  • yarım çay qaşığından az qabartma tozu
  • apardığı qədər un
İçlik üçün
  • qaynadılmış qatılaşdırılmış süd
  • qoz ləpəsi(xırdalanmış)

Undan başqa xəmir üçün lazım olan bütün ərzaqları qarışdırırıq. Unu az-az əlavə edərək, yumşaq xəmir əldə edənə qədər yoğururuq. Sellofan paketə xəmiri qoyub 30 dəqiqə soyuducuda gözlədirik. Bu müddətdə içlik üçün qaynadılmış qatılaşdırılmış südlə xırdalanmış qozu qarışdırırıq. Peçenye qəlibini isidib, xəmirdən qoz boyda kiçik hissələr qopardıb yumurulayırıq. Qəlibin çuxurlarına xəmiri qoyub, qapağını bağlayıb, bişiririk. Bütün xəmiri qoz qabığına çevirdikdən sonra bir yarısına qatılaşdırılmış süddən və qozdan doldurub digər yarısıyla qapayırıq.
Nuş olsun!
FB_IMG_1457643783573FB_IMG_1457643702178
 
 
 
Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий