Qrilyaj

Порций:   Время приготовления: 20 dəqiqə

IMG-20160603-WA000220 dəqiqəyə hazırlanan məşhur fransız deserti qrilyajı evdə özümüz bişirək. 

Tərkibi:

  •  6 xörək qaşığı xırda doğranmış qoz
  • 6 xörək qaşığı şəkər tozu
  • 2 desert qaşığı kərə yağı

Hazırlanma qaydası:

Öncə şəkər tozunu quru tavaya töküb, rəngi tündləşənə qədər dayanmadan qarışdırın. Xırda doğranmış qoz və kərə yağını da əlavə edib 1-2 dəqiqə qarışdırmağa davam edin. İsti qarışığı yağlı kağız sərilmiş düz səth üzərinə töküb, kənarda qalan yağlı kağızla üstünü örtün. Oxlovun köməyi ilə hamarlaşdırın. Qrilyajin daha asan qırılması üçün tez üstündən bıçaqla(dərin batırmamaq şərtilə) düzbucaq ya da romb şəklində kəsin. Soyuyan qrilyajı tikələrə bölüb, süfrəyə verə bilərsiniz.

Nuş olsun!


 IMG-20160603-WA0002

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий