Qulyaş

Порций:   Время приготовления: 2,5 saat

13232930_1167698329927899_1337869206596029155_nNahara fərqli yemək axtarışındasınız? Qulyaş reseptini sınayın.

Tərkibi:

  • 500 qr ət (mal əti)
  • 2 ədəd soğan
  • 1 xörək qaşığı un
  • 3 xörək qaşığı tomat
  • duz, istiot, dəfnə yarpağı, göyərti

Hazırlanması:

 Əti yuyub, suyunu süzün və kub formasında tikələyin. Soğanı da xırda-xırda doğrayın. Dərin bir qazanda duru yağı qızdırıb, ətləri yağda 5 dəqiqə güclü odda qızardın. Soğanı da əlavə edib 5-7 dəqiqə orta odda qarışdırın.Duz,istiot və un əlavə edib, 2-3 dəqiqə  yaxşıca qarışdırın.Tomat da tökün. Qulyaşa 2-3 stəkan su və yaxud ət suyu əlavə edin.Üzərinə dəfnə yarpağı qoyub, qazanın qapağını bağlayıb, 1 saat zəif odda bişirin.Qulyaşın üzərinə doğranmış göyərti səpib, istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!


 13232930_1167698329927899_1337869206596029155_n

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий