Quru meyvələr alarkən nələrə önəm verməliyik?!

Порций:   Время приготовления:

İlin soyuq fəsillərində ən çox aldığımız məhsullardan biri də qurudulmuş meyvələrdir. Çünki, məhz bu aylarda həmin meyvələri tapmaq ya mümkün deyil, ya da olduqca bahadır. Bəs quru meyvə seçərkən, nələrə fikir verməliyik? Aldığımız məhsulun faydalı və keyfiyyətli olub- olmadığını  necə təyin etməliyik? Bütün bu sualların cavabını birgə axtaracağıq.

suxiiisu

 

Çox vaxt mağazalarda süni parıltılı quru meyvələrə rast gəlirik. Unutmaq lazım deyil ki, hər bərq verən qızıl deyil və təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Odur ki, qiymətə aldanıb, kimyəvi yolla qurudulmuş meyvələri süfrələrinizə rəva görməyin.

Keyfiyyətli quru meyvə ya  bütöv,  ya da səliqə ilə doğranmış vəziyyətdə olmaldır. Üzərində zədə, ləkə olmamalıdır. Hətta bir ədəd meyvənin üzərində bu qüsurla rastlaşsanız, düşünməyin ki, onu kənara qoymaqla məsələ həll olur. Belə məhsulu ümumiyyətlə almamağınızı tövsiyə edirik.

Quru meyvələr nə renzin kimi çox bərk nə də əziləcək qədər yumşaq olmalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrsə sağlamlığımız üçün böyük təhlükəlidir.

sux

Quru meyvə alarkən rənglərinə də önəm vermək lazımdır. Məsələn ərik qurusunun ideal rəngi açıq narıncı olmalıdır.  Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusunun keyfiyyəti aşağı olur. Parlaq və cəlbedici rəng isə onun süni və zərərli yolla qurudulduğuna işarədir.

Qurudulma prossesində ağ üzüm də, kifayət qədər tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, kimyəvi müdaxilə edildiyinə əmin ola bilərsiniz.

kish

Qara gavalı qurusunun rəngi yeknəsəq olmalıdır. Həddindən çox bərk və ya üzərində kif yaranacaq qədər tam qurudulmamış gavalı qurusu keyfiyyətcə üstün sayılır.

Alma qurusunun rəngi berj və ya krem rəngi olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu keyfiyyətsiz məhsul deməkdir.

Armud qurusunu da alarkən eyni şərtlərə əməl edirik. Lakin yadda saxlamaq lazımdır ki, ərzağın üzərindəki ağ ləkələr onun təbii rəngidir.

Albalı qurusu tünd qırmızı ilə qaranın qarışımından yaranan çalarda və turş olmalıdır. Bu quru meyvənin tünd qəhvəyi rəngini seçmək məshələt görülmür.

Xurma qurusunun rənginin üzəri ağ tozlu ,qəhvəyi , tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

xurma

Əziz dostlar, yuxarıda sadaladığımız bütün tələblərə cavab verən, həm faydalı, həm də təbii yolla qurudulmuş meyvələr almaq istəsəniz, Ordubadi quru meyvələr şirkətinə üz tutun. Çünki burda sizə sərfəli qiymət, yüksək keyfiyyət və kimyəvi qatqısı olmadan qurudulan bol çeşidli yerli meyvələr təklif edilir. Ətraflı məlumat və sifariş üçün Ordubadi quru meyvələr adlı facebook ünvanına daxil ola, eləcə də,  +994 55 320 40 60 saylı əlaqə nömrəsinə zəng edə bilərsiniz.

KISSS

 

 

 

 

 

Метки записи:
Оставьте комментарий к этой записи ↓

Войти, чтобы оставить комментарий